Azərbaycan Premyer Liqası: “Səbail” - “Keşlə” oyununda qalib müəyyənləşməyib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.

Turun açılış matçında “Səbail” klubu “Keşlə”ni qəbul edib.

“ASCO Arena”dakı oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. “Keşlə”nin heyətində Tural Axundov 54-cü dəqiqədə hesabı açıb. Meydan sahibləri bu qola 75-ci dəqiqədə cavab verə bilib. İranlı futbolçu Peyman Keşavarzi dəqiq oynayıb.

Bu nəticədən sonra “Səbail” 17-ci, “Keşlə” isə 16-cı xalını qazanıb. Komandalar müvafiq olaraq 6-7-ci yerdədirlər.

Qeyd edək ki, günün digər matçında “Qarabağ” klubu “Qəbələ” ilə üz-üzə gələcək. XVIII tura martın 3-də keçiriləcək “Sumqayıt”–“Zirə” və “Neftçi”–“Sabah” matçları ilə yekun vurulacaq.

Xəbər 607 dəfə oxundu.