“Vətən naminə" onlayn şahmat turnirinin qalibləri təltif olunub
Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə gənclər arasında onlayn formada şahmat turniri təşkil olunub. Yarış İsveçrə sistemi üzrə 3+2 formatında olmaqla, 90 dəqiqə keçirilib.

Azsport.az Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, “Vətən naminə" onlayn şahmat turnirinin nəticələrinə əsasən, Jalə Babazadə qalib gəlib. Rakif Quliyev yarışı ikinci, Həbib Həbibi isə üçüncü pillədə başa vurublar.

Qaliblər karantin rejimi qaydalarına riayət olunmaqla, Lənkəran Şəhər Gənclər və İdman İdarəsi tərəfindən təltif olunublar.

Xəbər 395 dəfə oxundu.