Səlahət Ağayev mövsümün sonunda “Neftçi”dən ayrılacaq
“Neftçi”nin qapıçısı Səlahət Ağayev mövsümün sonunda komandadan ayrılacaq.

Klub rəhbərliyi əsas heyətə düşə bilməyən təcrübəli qapıçıya yeni müqavilə təklif etməyib.

S.Ağayevin karyerasını harada davam etdirəcəyi də dəqiqləşib. Qolkiper böyük ehtimalla “Zirə”yə transfer olunacaq. Yerli qapıçının keçidini həll etmək istəyən baş məşqçi Rəşad Sadıqovun komandası mövsümün sonunda S.Ağayevi heyətinə qatmağa hazırlaşır.

Xəbər 374 dəfə oxundu.