Futbol üzrə Azərbaycan millisi Türkiyə seçməsi ilə yoldaşlıq görüşü keçirəcək
Futbol üzrə Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyununun keçirilməsi ilə bağlı AFFA ilə Türkiyə Futbol Federasiyası arasında danışıqlar aparılıb.

Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, əldə olunmuş razılığa əsasən, komandalar bu il mayın 27-də qarşılaşacaqlar. Qarşılaşma Alanya şəhərindəki “Oba” stadionunda keçiriləcək.
Oyunun tarixi və saatı ilə bağlı əlavə məlumat veriləcək.

Xəbər 387 dəfə oxundu.