“Liverpul” klubu İngiltərə çempionatında 7 mininci qolunu vurub
“Liverpul” klubu İngiltərə çempionatında 7 mininci qolunu vurub.

Bu, Premyer Liqanın XXVI turunda “Şeffild Yunayted”lə görüşə təsadüf edib.

“Şeffild Yunayted”i 2:0 hesabı ilə məğlub edən oyunda Mersisayd təmsilçisinin sonuncu qolu tarixə düşüb. Həmin qolu 64-cü dəqiqədə Kin Brayan öz qapısına vurub.

“Liverpul” İngiltərə çempionatında 7 mininci qol vuran ikinci komanda olub. İlk belə nailiyyətə “Everton” imza atıb. Şəhərin digər təmsilçisinin aktivində 7108 qol var.

Qeyd edək ki, “Liverpul” İngiltərə Premyer Liqasında 1894/1895-ci mövsümündə debüt edib. "Qırmızılar" 19 dəfə qızıl medal qazanıblar.

Xəbər 504 dəfə oxundu.