Kamandan oxatma III Avropa Oyunlarının proqramına daxil edilib
Kamandan oxatma idman növü 2023-сü ildə Polşanın Krakov və Malopolye şəhərlərində keçiriləcək III Avropa Oyunlarının proqramına daxil edilib.

Bu barədə Avropa Olimpiya Komitələrinin (EOC) saytında məlumat verilib. III Avropa Oyunlarının proqramına qeyd etdiyimiz idman növü ilə yanaşı, atıcılıq, müasir beşnövçülük, taekvondo, karate, çimərlik həndbolu, badminton, boks, kamandan oxatma, sinxron üzgüçülük, basketbol - 3x3, breyk-dans, kanoe (kayak və kanoe, kanoe slalom), velosiped idmanı (BMX, şose), qılıncoynatma, gimnastika, cüdo, karate, dağ qaçışı, reqbi-7, tramplindən tullanma (yay), idman dırmanması, stolüstü tennis, triatlon, voleybol, çimərlik voleybolu, ağırlıqqaldırma da daxildir. III Avropa Oyunları 2023-cü il iyunun 9-dan 25-dək keçiriləcək.

Xatırladaq ki, I Avropa Oyunlarına 2015-ci ildə Bakı, II Avropa Oyunlarına isə Minsk ev sahibliyi edib.

Xəbər 364 dəfə oxundu.