“Mançester Yunayted” Edinson Kavaninin zədəsi sağaldıqdan sonra onun gələcəyi ilə bağlı qərar verəcək
“Mançester Yunayted” Edinson Kavaninin zədəsi sağaldıqdan sonra onun gələcəyi ilə bağlı qərar verəcək.

Klubun uruqvaylı hücumçu ilə müqaviləni bir il uzatmaq imkanı var. Məlumatda bildirilir ki, "Mançester Yunayted" E.Kavani ilə ayrılmaq qərarına gəlsə, ona 2 milyon avro ödəməli olacaq.

Təcrübəli futbolçu 2020-ci ilin oktyabrında sərbəst agent kimi “Mançester Yunayted”ə keçib.

Kavani cari mövsüm keçirdiyi 22 matçda 7 qol vurub.

Xəbər 408 dəfə oxundu.