Millimiz yoxlama oyununda “Qəbələ”yə məğlub olub
Tovuzda “Turan Tovuz” Futbol Akademiyasında təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, “Qəbələ”nin U-19 komandası ilə qarşılaşan millimiz 2:3 hesabı ilə məğlub olub.

U-17-nin qollarını penaltidən Sənan Ağalarov və İbrahim Ağayarov vurublar.

Millimiz hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu martın 2-də “Kəpəz”ə qarşı keçirəcək.

Xəbər 432 dəfə oxundu.