Paralimpiyaçılarımız Tunis Qran-Prisinə Antalyada hazırlaşacaqlar
Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə komandası Antalyada təlim-məşq toplanışında iştirak etmək üçün Türkiyəyə yola düşüb.

Martın 13-dək davam edəcək hazırlıq prosesində baş məşqçi, ikiqat Paralimpiya çempionu Oleq Panyutinin rəhbərliyi altında 20 atlet iştirak edəcək.

Təlim-məş qtoplanışı martın 14-21-də Tunisdə keçiriləcək para-atletika idman növü üzrə Qran-Priyə hazırlıq xarakteri daşıyacaq.

Xəbər 397 dəfə oxundu.