UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinin püşkü atılıb
Bu gün futbol üzrə UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinin püşkü atılıb.

İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə bu raundda üz-üzə gələcək cütlüklər bəlli olub.

“Qarabağ”la A qrupunda mübarizə aparmış İspaniyanın “Vilyarreal” klubu səkkizdəbir finalda Ukraynanın “Dinamo Kiyev” komandasının rəqibi olub. Mərhələnin ən maraq doğuran oyunu isə İngiltərənin “Mançester Yunayted” və İtaliyanın “Milan” klubları arasında olacaq.

Püşkatmaya görə cütlüklər aşağıdakı kimi olacaq:

“Ayaks” (Niderland) – “Yanq Boyz” (İsveçrə)

“Dinamo” Kiyev (Ukrayna) – “Vilyarreal” (İspaniya)

“Roma” (İtaliya) – “Şaxtyor Donetsk” (Ukrayna)

“Olimpiakos” (Yunanıstan) – “Arsenal” (İngiltərə)

“Dinamo Zaqreb” (Xorvatiya) – “Tottenhem” (İngiltərə)

“Mançester Yunayted” (İngiltərə) – “Milan” (İtaliya)

“Slaviya Praqa” (Çexiya) – “Reyncers” (Şotlandiya)

“Qranada” (İspaniya) – “Molde” (Norveç)

Səkkizdəbir finalın ilk oyunları martın 11-də, cavab matçları isə bir həftə sonra keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 21:55-də və 00:00-da start götürəcək.

Xatırladaq ki, UEFA Avropa Liqasının final matçı Polşanın “Leqiya” klubunun ev oyunlarını keçirdiyi Qdansk şəhərindəki “PGE Arena”da baş tutacaq.


Xəbər 377 dəfə oxundu.