Azərbaycan Premyer Liqasında mövsümün ən uzun qələbə seriyası qırılıb
Azərbaycan Premyer Liqasında mövsümün ən uzun qələbə seriyası qırılıb.

Azsport.az Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, ardıcıl 5 oyunda qalib gələn “Neftçi” “Zirə” ilə səfər matçından xalsız ayrılıb – 0:1.

XVII turun görüşünədək bakılılar son xal itkisini də məhz eyni rəqiblə görüşdə yaşamışdı. XI turun ev görüşündə qolsuz sülh qeydə alınmışdı. Ardınca “Neftçi” “Sabah” (2:0), “Keşlə” (2:1), “Səbail” (3:1), “Qarabağ” (2:1) və “Qəbələ”ni (1:0) məğlub edib.

Qeyd edək ki, ikinci ən uzun qələbə seriyası “Qarabağ”a məxsusdur. Ağdamlılar iki dəfə üç qələbədən ibarət seriyaya imza atıblar.

Xəbər 468 dəfə oxundu.