Robert Levandovski UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib
UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.

Bu ada azarkeşlər arasında aparılan səsverməyə əsasən, Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski layiq görülüb.

Otuz üç yaşlı polşalı hücumçu İtaliyada "Latsio"nu 4:1 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib.

Xəbər 395 dəfə oxundu.