2025-ci ildə Çempionlar Liqasının finalına Nyu-York ev sahibliyi edə bilər
UEFA Çempionlar Liqasının (ÇL) final oyunu ABŞ-da keçirilə bilər.

UEFA-nın prezidenti Aleksander Çeferin Avropa sərhədlərini aşmağı planlaşdırır.

Sloveniyalı futbol funksionerinin rəhbərlik etdiyi qurum 2024-cü ildən etibarən Çempionlar Liqasında inqilaba hazırlaşır. Maksimum sayda klubun iştirakının planlaşdırıldığı yeni formata əsasən, hədəflərdən biri də başqa qitədə final görüşü təşkil etməkdir. Bu səbəbdən Nyu-York 2025-ci ildəki finala ev sahibliyi etmək üçün mümkün namizəd sayılır.

Çempionlar Liqasının finalı bu il İstanbulda, gələn il Sankt-Peterburqda, 2023-cü ildə Münhendə, 2024-cü ildə isə Londonda baş tutacaq.

Xəbər 439 dəfə oxundu.