“Barselona”nın futbolçusu Lionel Messi üçün 2021-ci il uğurlu başlayıb
“Barselona”nın futbolçusu Lionel Messi üçün 2021-ci il uğurlu başlayıb.

Son olaraq La Liqanın 1-ci turundan təxirə salınmış “Elçe” ilə matçda (3:0) dubla imza atan argentinalı hücumçu bu il vurduğu qolların sayını 13-ə yüksəldib. Bununla da o, hazırda Avropanın beş ən böyük liqasında ən çox qol vuran oyunçudur. Otuz üç yaşlı futbolçu “Bavariya”dan Robert Levandovski (12 qol) və “Borussiya”dan Erlinq Haalandı (10 qol) geridə qoymağı bacarıb.

Qeyd edək ki, Messi, eyni zamanda, La Liqada bu mövsümün ən yaxşı bombardiridir - 18 qol.

Xəbər 385 dəfə oxundu.