On bir güləşçimiz Kiyevdə beynəlxalq turnirdə mübarizəyə başlayır
Kiyevdə güləş üzrə beynəlxalq turniri start götürüb. Yarışda ölkəmizi sərbəst və qadın güləşçilərimiz təmsil edirlər.

Ukraynanın məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən yarışın ilk günündə 11 idmançımız mübarizəyə başlayıb.

Güləşçimiz Əfqan Xaşalov (57 kq) ilk görüşdə belaruslu güləşçiylə minimal fərqlə uduzub. Əli Rəhimzadə (65 kq) təsnifat mərhələsini güləşmədən keçib. Buna səbəb yunan rəqibinin xalça üzərinə çıxmamasıdır.

Digər güləşçilərimizdən Mahir Əmiraslanov ilk görüşdə Roman Qutsuliak (Ukrayna), İslam Bazarqanov (hər ikisi 57 kq) gürcü Roberti Dinqaşvili, Turan Bayramov (65 kq) Qor Ohannesyan (Ukrayna), Əşrəf Aşırov (74 kq) Temuri Beruaşvili (Gürcüstan), İslam İlyasov (97 kq) yunanıstanlı Timofey Xenidis, Türkan Nəsirova (50 kq) Türkiyə təmsilçisi Aynur Erge, İrina Netreba (68 kq) isə Nataliya Strjalka (Polşa) ilə üz-üzə gələcəklər. Püşkə əsasən, 76 kiloqram çəki dərəcəsində çıxış edən güləşçilərimiz Gözəl Zutova və Səbirə Əliyeva ilk görüşdə rəqib olublar.

Xəbər 396 dəfə oxundu.