Millimiz yoxlama oyununda "Turan Tovuz"a qalib gəlib
Tovuzda “Turan Tovuz” Futbol Akademiyasında təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.

“Turan Tovuz”la matç millimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

U-17-nin qollarını Nahid Əliyev və Sənan Ağalarov vurublar.

Millimiz hazırlıq çərçivəsində növbəti oyununu fevralın 28-də “Qəbələ”nin U-19 komandasına qarşı keçirəcək.

Xəbər 376 dəfə oxundu.