“Everton” müdafiəçisi Lukas Din ilə müqavilənin müddətini uzadıb
İngiltərənin “Everton” klubu müdafiəçisi Lukas Din ilə müqaviləni yeniləyib.

27 yaşlı futbolçu ilə 2025-ci ilin yayınadək müqavilə imzalanıb.

Fransa yığmasının da üzvü olan sol cinah müdafiəçisi 2018-ci ildən “Everton”da çıxış edir.

Din daha əvvəl İtaliyanın “Roma”, Fransanın PSJ, İspaniyanın “Barselona” klublarında da çıxış edib. “Everton” onu məhz Kataloniya təmsilçisindən 20,2 milyon avroya transfer etmişdi. Fransız futbolçu İngiltərə təmsilçisində indiyədək 97 matça çıxıb və 5 qol vurub.

Xəbər 382 dəfə oxundu.