Birləşmiş Ərəb Əmirliklərində çoxgünlük velomarafon davam edir
Birləşmiş Ərəb Əmirliklərində start götürən və 7 mərhələdən ibarət olan çoxgünlük velomarafon davam edir.

Əl Mərcan adalarında təşkil olunan yarışın 4-cü mərhələsində velosipedçilər 204 kilometr məsafə qət ediblər. Turnirdə ən yaxşı nəticəni “Quik Step” komandasının üzvü Sem Bennet qazanıb. İrlandiyalı velosipedçi məsafəni 4 saat 51 dəqiqə 51 saniyəyə qət edərək ən yaxın rəqiblərini az fərqlə üstələyib. “Jumbo Visma” komandasının niderlandlı üzvü Devid Dekker ikinci, “Lotto Soudel” komandasının avstraliyalı velosipedçisi Yun Kaleb isə üçüncü yeri tutublar.

Dörd mərhələdən sonra Birləşmiş Ərəb Əmirlikləri komandasının sloveniyalı üzvü Tadey Poçaqar liderliyini davam etdirir.

Turnir fevralın 27-dək davam edəcək.

Xəbər 399 dəfə oxundu.