Səudiyyə Ərəbistanı Qran-Prisi Formula 1 təqvimində uzun müddət qalacaq
Səudiyyə Ərəbistanı Qran-Prisi Formula 1 təqvimində uzun müddət qalacaq.

Bu fikri “BlackBook Motorsport Virtual Summit” konfransında “Formula One Management” şirkətinin təşkilati və işgüzar əlaqələr üzrə baş direktoru Kloy Target-Adams bildirib.

O qeyd edib ki, Səudiyyə Ərəbistanı Qran-Prisi azı on il keçiriləcək. Qran-Prinin debütü 2021-ci ilin dekabrına planlaşdırılır.

Bu yaxınlarda Cənubi Afrikadakı mərhələnin 2023-cü ildə Formula 1 təqviminə qayıda biləcəyi barədə məlumatlar yayılıb. Kloy Target-Adams çempionat çərçivəsində Afrikada bir mərhələ keçirməkdə maraqlı olduqlarını təsdiqləyib. O, Afrika qitəsində belə bir yarışın təşkilinin prioritet olduğunu söyləyərək bildirib ki, gələcəkdə belə bir turnirin təşkilinə ümid edirik.

Xəbər 394 dəfə oxundu.