“Zirə” komandası “Neftçi”ni məğlub edib
Fevralın 25-də Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində növbəti oyun keçirilib.

Zirə Olimpiya İdman Kompleksində təşkil olunan matçda “Zirə” klubu “Neftçi”ni qəbul edib. Matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu Davit Volkov 67-ci dəqiqədə rəqib qapısından keçirib.

“Zirə” bu qələbədən sonra xalların sayını 28-ə çatdırıb və üçüncü pillədəki mövqeyini qoruyub. Hesabında 33 xal olan “Neftçi” turnir cədvəlində liderliyini davam etdirir.

Qeyd edək ki, turun birinci görüşündə "Qəbələ" "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəlib. Digər oyunlarda isə “Sabah” “Keşlə”, “Qarabağ” isə “Səbail” ilə qarşılaşır.

Xəbər 393 dəfə oxundu.