“İnter” klubunun rəsmiləri koronavirusa yoluxublar
İtaliyanın “İnter” futbol klubu yeni koronavirus testinin nəticələrini açıqlayıb.

“A” seriyasının liderində bu dəfə futbolçular yox, klub rəsmiləri virusa yoluxublar.

İki idarəedici direktor Alessandro Antonello və Cüzeppe Matotta, həmçinin idman direktoru Pyero Ausilio, klub vəkili Ancelo Kapelyini və texniki heyət üzvünün testinin nəticəsi pozitiv çıxıb. Adıçəkilən şəxslər karantinə alınıblar.

Qeyd edək ki, 23 turdan sonra “İnter” 53 xalla A seriyasının turnir cədvəlinə başçılıq edir.

Xəbər 373 dəfə oxundu.