UEFA rəsmisi: “Avro-2020” mütləq təşkil olunacaq
Futbol üzrə “Avro-2020” mütləq təşkil olunacaq.

Bunu UEFA-nın tibbi məsləhətçisi Daniel Kox deyib.

Onun sözlərinə görə qitə çempionatı ilə bağlı pis variant nəzərdən keçirilmir, əksinə, hazırda realist və nikbin ssenari var. Qurumun rəsmisi azarkeşlərin oyunlarını izləmək üçün digər ölkələrə səyahət edə biləcəklərini vurğulayıb.

Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası səbəbindən bu il iyunun 11-dən iyulun 11-dək təxirə salınıb. Yarışa Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi edəcək. Bakı Olimpiya Stadionunda “A” qrupunun İsveçrə-Uels, Türkiyə-Uels və Türkiyə - İsveçrə qarşılaşmaları, eləcə də dörddəbir finalın 1 oyunu keçiriləcək.

Xəbər 380 dəfə oxundu.