“Neftçi” klubunun sabiq futbolçusu karyerasını vətəni Braziliyada davam etdirəcək | |
Bakının “Neftçi” klubunun sabiq futbolçusu Denis Silva özünə yeni iş yeri tapıb. İdman.com.az saytının məlumatına görə, 27 yaşlı müdafiəçi karyerasını vətəni Braziliyada davam etdirəcək. Denis Braziliya çempionatının B seriyasında çıxış edən “Qremio Barueri” klubuna keçib. Qeyd edək ki, 2008-09-cu illərdə “Xəzər Lənkəran”da, 2010-12-ci illərdə “Neftçi”də çıxış edən Denis 2008-də “Birlik kuboku” və Azərbaycan kuboku, 2010/11 və 2011/12 mövsümlərində Azərbaycan çempionu adını qazanıb. |
|
Xəbər 1068 dəfə oxundu. |
|
|