Ağırlıqqaldırma Olimpiya Oyunlarının proqramından çıxarıla bilər
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi gələcəkdə ağırlıqqaldırmanın Olimpiya Oyunlarının proqramından çıxarılması məsələsinə baxa bilər.

BOK-un rəhbəri Tomas Bax bu barədə jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasındakı idarəetmə sistemində ciddi dəyişikliklərin olmaması bizi çox narahat edir.

T.Bax vəziyyətin dəyişməyəcəyi təqdirdə, BOK-un ağırlıqqaldırma idman növünün Paris və sonrakı Olimpiya Oyunlarının proqramından çıxarılmasına baxa biləcəyini vurğulayıb.

Xəbər 386 dəfə oxundu.