UEFA Çempionlar Liqası: Səkkizdəbir final mərhələsinin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
Fevralın 25-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin birinci turunun ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Bu ada “Çelsi” klubundan Olivye Jiru, “Bavariya”dan Robert Levandovski, “Real Madrid”dən Ferlan Mendi və “Mançester Siti” komandasından Joau Kanselu namizəddirlər.

O.Jiru “Çelsi”nin “Atletiko Madrid”ə 1:0 hesabı ilə qalib gəldiyi matçda, R.Levandovski “Bavariya”nın səfərdə “Latsio”nu 4:1 hesabı ilə məğlub etdiyi görüşdə fərqləniblər. F.Mendi İtaliyada “Atalanta”ya qalib gəldikləri görüşdə yeganə qolun müəllifi olub. J.Kanselu isə “Mançester Siti” - “Borussiya Mönhenqladbax” görüşündə (2:0) 95 faizlik dəqiq ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, qalib UEFA-nın saytında azarkeşlər arasında keçiriləcək səsvermə nəticəsində müəyyənləşəcək.

Xəbər 402 dəfə oxundu.