UEFA əvəzetmə ilə bağlı qərar qəbul edib
UEFA-nın İcraiyyə Komitəsi əvəzetmə ilə bağlı qərar qəbul edib.

Qərarda oyun ərzində beyin silkələnməsi keçirən futbolçunun yerinə əvəzetmə sayından asılı olmayaraq, meydana yeni oyunçunun daxil olması yer alıb.

Yeni qərar sınaq məqsədilə ilk dəfə 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Macarıstanda və Sloveniyada təşkil ediləcək Avropa çempionatının final mərhələsində tətbiq olunacaq.

Xəbər 394 dəfə oxundu.