Azərbaycanlı hakim Çağırış kuboku yarışlarına təyinat alıb
Beynəlxalq dərəcəli hakim Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.

Həmyerlimiz qadın voleybolçular arasında Çağırış kuboku yarışlarının yarımfinal oyunları çərçivəsində Türkiyənin “Türk Hava Yolları” və “Yeşilyurt” komandaları arasında keçiriləcək görüşləri idarə edəcək.

Z.Hacıyev Burhan Felek Voleybol Salonunda təşkil olunacaq ilk görüşdə əsas, cavab oyununda ikinci referi funksiyasını yerinə yetirəcək. O, hər iki qarşılaşmanı yerli İlhami Senyurt ilə idarə edəcək.

Görüşlər martın 2-3də təşkil olunacaq.

Xəbər 397 dəfə oxundu.