UEFA iki turniri ləğv edib
UEFA İcraiyyə Komitəsi COVID-19 pandemiyasının turnirlərin təşkilinə göstərdiyi mənfi təsirləri nəzərə alaraq, 19 yaşadək qadınlardan və kişi futbolçulardan ibarət komandalar arasında təşkil olunan çempionatların 2020/2021-ci il mövsümünün ləğv olunması ilə bağlı qərar qəbul edib.

Qərarda UEFA İcraiyyə Komitəsinin üzv ölkələrlə müzakirələrdən sonra hazırda gənc idmançıların sağlamlığlını və təhlükəsizliyini qorumaq həmçinin, tətbiq olunan bir sıra məhdudiyyətlər ucbatından komandaların səyahət etməsinin və mini turnirlərin keçirilməsinin çətin olduğu qeyd olunub.

Xəbər 393 dəfə oxundu.