“Karabakh is Azerbaijan”: Şahmatçılar "Kalbajar Cup"da mübarizə aparacaqlar
“Karabakh is Azerbaijan” onlayn şahmat seriyasının 7-ci mərhələsi keçiriləcək.

Chess.az saytının təşkil etdiyi və “Azerfon” şirkətinin baş sponsoru olduğu seriya yarışının "Kalbajar Cup" adlı mərhələsi fevralın 28-də baş tutacaq.

Turnir İsveçrə sistemi üzrə keçiriləcək və 11 turdan ibarət olacaq. Turnirdə vaxta nəzarət 3 dəqiqə, hər gedişə 2 saniyə olacaq.

İndiyədək keçirilmiş 6 turnirdə ümumi hesabda Azərbaycan şahmatçısı Elnur Mehtiyev 30 xalla liderlik edir. Digər şahmatçımız Orxan Bağırov 20 xalla ikinci, Türkiyə təmsilçisi Kutay Sakmak 16 xalla üçüncü yerdədir.

Seriya ümumilikdə səkkiz turnir və böyük finaldan ibarətdir. Hər bir turnir işğaldan azad olunmuş şəhərlərimizin adını daşıyır.

Xəbər 371 dəfə oxundu.