“Universiada-2023”ə 12 min könüllünün qatılması planlaşdırılır
Ural Federal Universiteti Yekaterinburqda keçiriləcək “Universiada-2023”ə ümumilikdə 12 min könüllü hazırlamağı planlaşdırır.

Bu barədə TASS informasiya agentliyi məlumat yayıb. Könüllülük proqramının startı avqustun 8-nə planlaşdırılır.

Xatırladaq ki, XXXI Ümumdünya Yay Universiadası 2021-ci ildə Çinin Çendu şəhərində təşkil olunacaq. Ötən il İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında Azərbaycan milli komandası 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 18-ci yerdə qərarlaşıb.

Xəbər 517 dəfə oxundu.