Alvaro Morata daha bir mövsüm İtaliyada qala bilər
“Yuventus”a icarəyə verilən “Atletiko Madrid”in hücumçusu Alvaro Morata daha bir mövsüm İtaliyada qala bilər.

Bu barədə “Goal.com” saytında məlumat verilib. Hazırda ispaniyalı futbolçunun 45 milyon avroya alınması seçimi olsa da, klub rəhbərliyi futbolçunun transferi üçün başqa həll yolunu düşünür. Belə ki, “Yuventus” Moratanın növbəti mövsümün sonunadək icarə müddətini 10 milyon avroya uzatmaq, sonra - 2022-ci ildə isə 35 milyon avroya almaq istəyir.

Bu mövsüm A.Morata keçirdiyi 28 matçda 13 qol vurub, 10 məhsuldar ötürmə edib.

Xəbər 381 dəfə oxundu.