Azərbaycan FIDE-nin reytinqində 7-ci pillədə qərarlaşıb
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) ölkələr arasında tərtib etdiyi reytinqə görə Azərbaycan komandası qabaqcıl yerlərdən birini tutur.

Ölkəmiz dünya reytinqinə görə 7-ci sırada qərarlaşıb (2652). Reytinq sıralamasına görə, birinci yeri Rusiya komandası tutur (2739). İkinci yerdə ABŞ (2715), üçüncü pillədə isə Çin (2705) komandaları qərarlaşıblar.

Qeyd edək ki, Azərbaycanın iki şahmatçısı yüksək reytinqlə ilk onluqda yer alırlar. Belə ki, Şəhriyar Məmmədyarov (2770) səkkizinci, dünya kubokunun qalibi Teymur Rəcəbov (2765) isə onuncu pillədədir.

Xəbər 443 dəfə oxundu.