“Vüqar Həşimov” klubu Avropa kubokunda iştirak edəcək
Şahmatçılarımız klublar arasında martın 27-də start götürəcək onlayn Avropa kubokunda iştirak edəcəklər.

Yarışa qatılacaq "Vüqar Həşimov" klubunun heyətində Rauf Məmmədov, Vüqar Əsədli, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Ülvi Sadıqov yer alıblar. Komandamızın heyətinə daha bir şahmatçı qatıla bilər. Komandanın kapitanı FIDE məşqçisi Anar Allahverdiyev olacaq.

Qeyd edək ki, qitə kubokunda iştirak edəcək komandanın heyəti 4 əsas, iki ehtiyat oyunçudan ibarət olacaq. Onların da orta reytinqi 2000-dən az olmamalıdır. Şahmatçılar martın 27-28-də təsnifat mərhələsində, ayın 29-da pley-offda, 30-31-də isə final oyunlarında mübarizə aparacaqlar.

Xəbər 388 dəfə oxundu.