“Qəbələ”nin futbolçusu məşqlərə başlayıb
“Qəbələ”nin zədəli futbolçusu Kamal Mirzəyev artıq sağalıb.

Uzun müddətdir bel yırtığından əziyyət çəkən 26 yaşlı yarımmüdafiəçi məşqə başlayıb.

Futbolçu ötən mövsüm Küveytin “Əl-Qədsiyə” klubunda uğurlu karyera keçirib. Milli komandayadək yüksələn futbolçu burada aldığı zədəyə görə cari mövsüm cəmi 1 oyun keçirə bilib.

Xəbər 376 dəfə oxundu.