Beynəlxalq dərəcəli hakim Eldar Əliyev CEV tərəfindən yeni təyinat alıb
Beynəlxalq dərəcəli hakim Eldar Əliyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.

Həmyerlimiz kişi voleybolçular arasında CEV kuboku yarışlarının ilk yarımfinal oyunları çərçivəsində keçiriləcək "Zenit" (Rusiya) - "Maasek" (Belçika) qarşılaşmasının baş hakimi olacaq. Ona serbiyalı Deyan Roqiç kömək edəcək.

Qarşılaşma fevralın 24-də Sankt-Peterburqda təşkil olunacaq.

Xəbər 585 dəfə oxundu.