"Alfa Romeo" yeni mövsüm üçün bolidini təqdim edib
Formula 1 üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandası yeni mövsüm üçün bolidini təqdim edib.

Komanda bu barədə rəsmi "Twitter" hesabından paylaşım edib. Bolidə C41 adı verilib.

Qeyd edək ki, Formula 1-də 2021-ci il mövsümü martın 26-28-də Bəhreyn Qran-Prisi ilə start götürəcək. Azərbaycan Qran-Prisi isə iyunun 4-6-da Bakı şəhər halqasında təşkil olunacaq.

Xəbər 413 dəfə oxundu.