“Zirə”nin braziliyalı hücumçusu İstanbula yollanıb
“Zirə” futbol klubunun yeni transferi Filipe Paxtman Bakını tərk edib.

Məşq zamanı zədələnən braziliyalı hücumçu tibbi müayinədən keçmək üçün İstanbula yollanıb.

İyirmi bir yaşlı forvardın son durumuna məhz oradakı müayinədən sonra aydınlıq gələcək. Əzələsindən zədə alan gənc futbolçunun əməliyyat olunacağı istisna edilmir.

Qeyd edək ki, “Zirə” Filipe Paxtmanla 6 ay + 3 illik müqavilə bağlayıb.

Xəbər 365 dəfə oxundu.