Gəncədə atletika üzrə şəhər birinciliyi keçirilib
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 26 Fevral - Xocalı Soyqırımının 29-cu ildönümünə həsr olunan atletika idman növü üzrə şəhər birinciliyi keçirilib.

Gəncədəki Heydər Əliyev Park-Kompleksinin ərazisində keçiriləcək birincilikdə oğlanlar və qızlar 500 metr məsafəyə qaçış yarışlarında gülərini sınayıblar.

Tədbirdə 20-dən artıq gənc idmançı iştirak edib.

Sonda qaliblər Baş İdarə tərəfindən diplomla təltif olunublar.

Xəbər 514 dəfə oxundu.