Şəhid Emil Şamilovun xatirəsinə həsr olunan şahmat turniri təşkil ediləcək
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ), Sabunçu Rayon Gənclər və İdman İdarəsinin, “İDEA” şahmat klubunun birgə təşkilatçılığı ilə fevralın 25-də Vətən müharibəsi şəhidi Emil Şamilovun xatirəsinə həsr olunan onlayn şahmat turniri keçiriləcək.

İsveçrə sistemi üzrə təşkil ediləcək yarış 7 turdan ibarət olacaq.

Turnirdə iştirak üçün “Lichess.org” onlayn platformasında qeydiyyatdan keçmək lazımdır. Yarış saat 19:00-da start götürəcək.

Karate üzrə dünya, Avropa və 12 qat Azərbaycan çempionu olan Emil Şamilov Vətən müharibəsində ordu sıralarına könüllü yazılaraq, döyüşlərə yollanıb. Hadrut istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Emil Şamilov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Xəbər 629 dəfə oxundu.