Bu gün şəhid idmançı Muxtar Qasımlının doğum günüdür
Bu gün şəhid idmançı Muxtar Qasımlının doğum günüdür.

Muxtar Əli oğlu Qasımlı 1993-cü il fevralın 23-də anadan olub.

2009-2013-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kikboksinq fakultəsi üzrə bakalavr təhsili alıb. Dəfələrlə yarışlarda iştirak edib və mükafatlara layiq görülüb.

M.Qasımlı sentyabrın 27-də başlayan Vətən müharibəsində fəal iştirak edib. Oktyabrın 2-də Füzuli rayonu ərazisində gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalıb. O, Bakı şəhəri Qala qəbiristanlığında dəfn olunub.

Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Xəbər 870 dəfə oxundu.