Azərbaycanlı futbolçu Latviya klubu ilə müqavilə imzalayıb
Bakının “Səbail” klubundan ayrılan Orxan Qurbanlı karyerasını Latviyada davam etdirəcək.

25 yaşlı müdafiəçi “Ventspils” klubuna keçib. O, yeni klubu ilə ikiillik müqavilə imzalayıb. Anlaşmaya əsasən, O.Qurbanlı mövsümün sonunadək Moldovanın "Dinamo-Avto" klubunda icarə əsasında çıxış edəcək.

“Neftçi”nin yetirməsi 2016-cı ildə Latviyanın digər klubu “Dauqavpils”də çıxış etmişdi.

Xəbər 378 dəfə oxundu.