Bu gün Azərbaycan millisi Moldova yığmasını qəbul edəcək
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində bu gün sonuncu oyununu keçiriləcək.

Millimiz saat 18:00-da Bakıdakı "ASK Arena"da Moldova yığması ilə qarşılaşacaq.

Qarşılaşmanı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Yuliana Elena Demetrescu olacaq. Ona həmyerliləri Petruta Klaudia İugulescu və Mihaela Elena Tepusa kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kristina Mariana Trandafir yerinə yetirəcək.

Xəbər 403 dəfə oxundu.