Abdullah Zubir “Qarabağ”ın heyətində 100-cü oyununu keçirib
Abdullah Zubir “Qarabağ”ın heyətində 100-cü oyununu keçirib. Yubiley Azərbaycan Premyer Liqasının XVI turuna təsadüf edib.

“Sumqayıt”la səfər oyununadək (0:0) fransalı yarımmüdafiəçi 99 matçda şans qazanmışdı. Yüzüncü dəfə meydana çıxan futbolçunun hesabında 19 qol var. Zubir ölkə çempionatında 56 (14 qol), kubokda 8, avrokuboklarda 36 (5 qol) oyunda iştirak edib.

Qeyd edək ki, Zubir “Qarabağ”ın heyətində ilk oyununu 2018/2019-cu il mövsümündə keçirib. Onun debütü 2018-ci il iyulun 11-də Çempionlar Liqasının “Olimpiya” ilə Sloveniyadakı matçında (1:0) reallaşıb.

Xəbər 334 dəfə oxundu.