Cüdoçumuz Davud Məmmədsoy reytinq cədvəlində 18 pillə irəliləyib
Beynəlxalq Cüdo Federasiyası (İJF) yeni reytinq siyahısını açıqlayıb.

İsrailin paytaxtı Təl-Əvivdə keçirilmiş “Böyük dəbilqə” turnirində 60 kiloqram çəki dərəcəsində qızıl medal qazanan Davud Məmmədsoy 18 pillə irəliləyərək 32-ci yerdə qərarlaşıb (1800 xal).

Cüdoçularımızdan ikisi ikinci pillədədir. Belə ki, kişilər arasında Rüstəm Orucov (73 kq, 6575 xal) və qadınların reytinqində İrina Kindzerska (78 kiloqramdan yuxarı, 2564 xal) ikinci yeri tuturlar. İki cüdoçumuz - Məmmədəli Mehdiyev (90 kq, 4309 xal) və Zelim Kotsoyev (100 kq, 4447 xal) isə 10-cu pillədədirlər. Digər cüdoçularımız Kəramət Hüseynov (60 kq, 1222 xal) 41-ci, Orxan Səfərov (2794 xal) 19-cu, Nicat Şıxəlizadə (hər ikisi 66 kq, 2582 xal) 24-cü, Hidayət Heydərov (73 kq, 3346 xal) 14-cü, Elmar Qasımov (100 kq, 4100 xal) 11-ci və Uşangi Kokauri (100 kiloqramdan yuxarı, 2518 xal) 22-ci yerdədirlər.

Qadın cüdoçularımızdan Aişə Qurbanlı (48 kq, 1753 xal) 26-cı, Leyla Əliyeva (hər ikisi 48 kq, 1670 xal) 31-ci, Gültac Məmmədəliyeva (52 kq, 1310 xal) 38-ci yerdədirlər.

Xəbər 474 dəfə oxundu.