“Mançester Yunayted”in yetirməsi karyerasını ABŞ-da davam etdirəcək
Futbol üzrə İngiltərə yığmasının sabiq üzvü, “Mançester Yunayted”in yetirməsi olan Rayan Şoukross “Stok Siti”dən ayrılıb.

14 il “Stok Siti”nin şərəfini qoruyan 33 yaşlı mərkəz müdafiəçisi karyerasını ABŞ-da davam etdirəcək. O, Devid Bekhemin sahibi olduğu “İnter Mayami” klubuna keçib. Artıq MLS təmsilçisi də bu transferi rəsmən açıqlayıb.

Şoukross “Mançester Yunayted”in yetirməsi olsa da, bu komandada forma geyinmək şansı qazanmayıb. Peşəkar karyerasına “Antverpen”də başlayan futbolçu 2007-ci ildən “Stok Siti”də çıxış edib. O, bu komandanın heyətində 453 matça çıxıb, 25 qol vurub, 16 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər 568 dəfə oxundu.