Azərbaycanlı hakim Çempionlar Liqasının oyununa təyinat alıb
Beynəlxalq dərəcəli referi Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.

E.Zülfüqarov fevralın 23-də qadın voleybolçular arasında Çempionlar Liqasının dörddəbir final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Fənərbağça” (Türkiyə) – “Novara” (İtaliya) matçını idarə edəcək. Həmyerlimiz İstanbulda Burhan Felek Voleybol Salonunda təşkil olunacaq görüşdə ikinci hakim funksiyasını yerinə yetirəcək.

Qarşılaşmanın birinci hakimi isə ukraynalı Medved Mixaylo olacaq.

Xəbər 411 dəfə oxundu.