Monako avtomobil klubu bu il keçiriləcək 3 yürüşün hazırlığına start verib | |
Monako avtomobil klubu bu il keçiriləcək 3 yürüş – tarixi Monako Qran-Prisi, Formula E və Formula 1-in hazırlığına start verib. Yarışların təşkil olunacağı trasın asfalt örtüyü dəyişdirilir. Tarixi Monako Qran-Prisi aprelin 23-25-də keçiriləcək. Monako Formula E yarışına mayın 8-də, Formula 1 üzrə dünya çempionatının mərhələsinə isə mayın 20-23-də ev sahibliyi edəcək. Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi iyunun 4-6-da Bakı şəhər halqasında baş tutacaq. |
|
Xəbər 533 dəfə oxundu. |
|
|