Futzal üzrə Azərbaycan millisi Moldova yığması ilə indiyədək 8 dəfə üz-üzə gəlib
Futzal üzrə Azərbaycan millisi Moldova yığması ilə indiyədək 8 dəfə üz-üzə gəlib.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, millimiz rəqib ilə əsasən yoldaşlıq oyunlarında və beynəlxalq turnirlərdə qarşılaşıb. Səkkiz oyundan yalnız biri rəsmi görüş olub. Bu görüşlərdən 7-də millimiz qalib gəlib. Bir matçda isə moldovalı futzalçılar fərqləniblər.

Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan-Moldova oyunu martın 4-də Bakı İdman Sarayında təşkil olunacaq. Millimiz seçmə mərhələdə Slovakiyanı 4:1, Yunanıstanı 3:0 hesabı ilə məğlubiyyətə uğradaraq 3-cü qrupun vahid lideridir.

Xəbər 520 dəfə oxundu.