Roberto Firmino İngiltərə Premyer Liqasında 200-cü matçını keçirib
İngiltərənin “Liverpul” klubunun hücumçusu Roberto Firmino ölkə çempionatının 25-ci turunun matçında 200-cü dəfə meydana çıxıb.

29 yaşlı hücumçu Premyer Liqada bu göstəriciyə nail olan beşinci braziliyalı futbolçudur. Belə ki, bu sıralamada birinci yeri 252 oyunla Villian tutur. Sonrakı pillələrdə Lukas Leyva (247), Fernandinyo (235) və David Luis (207) qərarlaşıblar.

Qeyd edək ki, həmin matçda “Liverpul” komandası “Everton”a 0:2 hesabı ilə uduzub.

Xəbər 379 dəfə oxundu.