Messi yeni rekorda imza atıb
İspaniya La Liqasının 24-cü turunda "Kadiz"ə qarşı oyuna çıxan Lionel Messi bununla da tarix yazıb.

Argentinalı ulduz Xavinin 505 oyunluq rekordunu geridə qoyub.

La Liqada 506 matça çıxaraq "Barselona"da ən çox oyun keçirən futbolçu olan Messi klubun mütləq rekordçusu olub.

Qeyd edək ki, Nou Kamp” stadionunda baş tutan görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb. Bu nəticədən sonra xal ehtiyatını 47-yə çatdıran “Barselona” turnir cədvəlində üçüncü, “Kadiz” isə 25 xalla 14-cü yerdə qərarlaşıb.

Xəbər 439 dəfə oxundu.